Quru meyvə, çərəz, şokalad, kofe satışı ilə məşğul olan “Gavali Group” MMC barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Gavali” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü bəndini pozub. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Burada 30 faizinədək məbləğdə deyildikdə olduqca böyük məbləğ nəzərdə tutulur. “Gavali” MMC-nin alınması nəzərdə tutulan mallar üçün nə qədər ödədiyi məlum olmadığına görə həmin məbləğin 30 faizini də müəyyən etmək mümkün deyil.
İşə bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə baxılacaq. İş hakim Hafiz Kamranovun icraatındadır.
MMC-nin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar