“Barselona” və “Roma” kimi böyük klublarda çıxış edən ispan futbolçu Karles Peres it davasını dağıtmaq istəyərkən xoşagəlməz qəzaya düşüb.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Peresi it cinsiyyət nahiyəsindən dişləyib, futbolçu ağır xəsarətlər alıb.
Yunan mətbuatı Peresin vəziyyətinin ağır olduğunu və xəstəxanaya yerləşdirildiyini bildirib.
Dəniz Pənahova