Məşhur futbolçu və illüziyonist saxlanıldı

Məşhur futbolçu və illüziyonist saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul birjasında bəzi şirkətlərin səhmlərində süni qiymət artımları yaratmaqda şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbulda başladılan əməliyyatlar Ankara, Antalya, Samsun və Kahramanmaraşda da davam etdirilib.

Əməliyyat zamanı tanınmış illüziyonist Aref Ghafouri və Türkiyə futbolunun məşhur simalarından olan Gökhan Könül də daxil olmaqla, ümumilikdə 12 nəfər saxlanılıb.

İstintaqa əsasən, şübhəlilərin bəzi səhmlərdə manipulyativ əməliyyatlar həyata keçirərək qiymətləri süni şəkildə şişirdiyi və bunun kiçik investorları ziyana saldığı ımüəyyən edilib. Qiymətli Kağızlar və Fond Bazarı üzrə Nəzarət Qurumunun hesabatları sözügedən fəaliyyətlərin cinayət məqsədilə təşkilat qurma və bazar dələduzluğu çərçivəsində həyata keçirildiyini göstərir.

Prokurorluq 7 nəfərin daha öncə həbs edildiyini, 6 nəfər barəsində isə axtarış və tədbirlərinin davam etdiyini açıqlayıb.