Məşhur futbolçu haqqında istintaq başlayıbbackend

Məşhur futbolçu haqqında istintaq başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqa komandası “Valensiya” ötən həftə cinsi təcavüzdə ittiham olunan hücumçu Rafa Mirə qarşı intizam istintaqı başlatdıqlarını açıqlayıb.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, “Valensiya futbol klubu günahsızlığın qanuni prezumpsiyasına hörmətlə yanaşaraq, zorakılığın bütün formalarını birmənalı şəkildə pislədiyini bir daha bəyan etmək istəyir”, – klubun bəyanatında deyilir.

İspaniya polisi 27 yaşlı oyunçunu sentyabrın 2-də Rafa Miri və başqa bir kişini evində hücumçuya qarşı cinsi təcavüzdə ittiham edən iki qadının şikayəti əsasında həbs edib. Hakim məhkəmə üçün kifayət qədər sübutun olub-olmadığını müəyyən etmək üçün Mirin istintaqa qədər şərti azadlığa buraxılmasına qərar verib. La Liqanın digər komandası “Sevilya”dan icarə əsasında komandaya keçən 27 yaşlı ispaniyalı futbolçu ona qarşı deyilənləri tamamilə təkzib edib.