Son olaraq Fransa “Marsel”ində çıxış edən Aleksis Sançes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Hazırda klubsuz olan çilili mərkəz hücumçusu “Qalatasaray”la danışıqlar masasına əyləşəcək.
34 yaşlı forvard “Cim-bom”un şərtlərini qəbul etməyə hazırdır.
Qeyd edək ki, Sençes karyerası ərzində “Barselona”, “Mançester Yunayted” və “İnter” kimi klublarda çıxış edib.