Açıq-saçıq görüntüləri ilə tanınan türkiyəli fenomen Merve Taşkın keçmiş sevgilisi tərəfindən döyülüb.
Bədənində ciddi yaralar olan fenomen yaşadığı çətin günlərdən danışıb.
O bildirib ki, 10 ay öncə münasibətə başladığı sevgilisi ona qarşı 8 aydır şiddət göstərir.
“İçimdə yaşadıqlarımı boğdum və sanki heç olmamış kimi davrandım. Amma təəssüf ki, basdırılmış duyğular gec-tez ortaya çıxır. Özümü daha güclü hiss etdiyim vaxta qədər bunu mümkün qədər basdırdım. Bu günə qədər… Əvvəlcə zorakılıq daha yumşaq və bəlkə də məqbul görünürdü, amma sonra təhlükəli səviyyələrə çatdı. Hər dəfə bağışlayırdım, çünki içimdə problemin məndə olduğunu düşünürdüm. Özümü buna layiq görürdüm” – deyə Merve bildirib.