Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.
Tribunainfo.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı.