Məşhur cütlüyün 20 illik evliliyi bitdi

Məşhur cütlüyün 20 illik evliliyi bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivudda məşhur olan Kevin Kostner və Kristin Baumqartner rəsmən boşanıb. Cütlük uzun müddət aliment və qəyyumluq işlərində razılığa gələ bilməyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ikili 3 övladının qəyyumluğu və alimenti üçün qaldırdıqları məhkəmə iddiası ilə uzun müddətdir gündəm olmuşdu.

Cütlüyün nikahı rəsmi olaraq cümə günü, fevralın 16-da başa çatıb.

Cütlük “Tin Cup” adlı prodakşının məşqləri zamanı tanış olub.1998-ci ildə görüşməyə başlayan cütlük 2004-cü ildə Aspendə ailə qurub.

Dəniz Pənahova