Ötən aylarda boşanacaqları iddia edilən Volkan Dəmirəl və Zeynep Sever Dəmirəl üçüncü dəfə valideyn olacaqlarını açıqlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 2010-cu ildə ailə həyatı quran “Hatayspor”un sabiq baş məşqçisi Volkan Dəmirəllə həyat yoldaşı Zeynep Dəmirəlin boşanacaqları ilə bağlı yayılan xəbərlər jurnalın gündəmini bomba kimi zəbt etdi.
13 ildir evli olan cütlüyün yollarını ayırmaq qərarına gəldiyi və Zeynep Dəmirəlin boşanmaq üçün məhkəməyə müraciət etdiyi iddia edilib.
Lakin Volkan Dəmirəl məsələ ilə bağlı susqunluğunu pozaraq, sosial media hesabında paylaşdığı paylaşımla iddiaları təkzib edib.
Onlar validwyn olacaqlarını açıqladı.