Coca-Cola-nın bəzi məhsullarında aşkar edilən yüksək miqdarda xlorat səbəbiylə başlatdığı geri çağırma dalğası dünyaca məşhur bir məhsula da yayılıb.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, ABŞ bazarı üçün istehsal edilən 350 qramlıq çips paketində daha əvvəl heç bir məlumatı olmayan süd məhsulu aşkar edən kartof çipsi nəhəngi Lay’s, ABŞ Qida və Dərman Administrasiyasının “birinci sinif təhlükə” xəbərdarlığından sonra məhsulu bazardan geri çağırmağa qərar verib.
ABŞ Dərman və Qida İdarəsi (fda) tərəfindən edilən açıqlamaya görə,
bu vəziyyətin xüsusilə süd allergiyası və ya həssaslığı olan şəxslər üçün ciddi təhlükələr yaratdığını və hətta ölümcül allergik reaksiyalara səbəb ola biləcəyini bildirib.
Bununla belə, vurğulanıb ki, istehlakçılar bu məhsullardan heç vaxt istifadə etməməli və geri qaytarmalıdırlar.
CEYRAN