Məşhur çeçen oliqarx oteldə atəş açdı və həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur çeçen oliqarx, bir vaxtlar Rusiya Federasiya Şurasının üzvü və “Avanti” şirkətlər qrupunun qurucusu olmuş Umar Cəbrayılov ötən gecə Moskvada həbs edilib.
 

Məşhur çeçen oliqarx, bir vaxtlar Rusiya Federasiya Şurasının üzvü və “Avanti” şirkətlər qrupunun qurucusu olmuş Umar Cəbrayılov ötən gecə Moskvada həbs edilib.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Cəbrayılov Rusiya paytaxtının mərkəzində yerləşən “Four Seasons” otelindəki otağında Yarıgin tapançasından atış açıb.

Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları otağın döşəməsində və tavanında çoxsaylı güllə izləri aşkar ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Bildirildiyinə görə, həbs edilərkən Cəbrayılov müqavimət göstərməyib.

TİA.AZ