Məşhur brendlərin Azərbaycan nümayəndəsi istehlakçıların hüquqlarını pozubbackend

Məşhur brendlərin Azərbaycan nümayəndəsi istehlakçıların hüquqlarını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsveçrə markası “Frankenin”, Türkiyənin tanınmış mətbəx mebeli brendi “Lineadecor”, “Casa” və “Elmar” mobilya, “Koris kimi tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsi “Tekaz” MMC barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə irəli sürülüb. Bu maddəyə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni  qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
İşə 07.12.2023-cü il tarixində Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılacaq.