Minskdə rusiyalı məşhur bloqer Aleksand Lapşin saxlanılıb.
Minskdə rusiyalı məşhur bloqer Aleksand Lapşin saxlanılıb.
TİA.AZ azvision.az-a istinadən verdiyi məlumata görə, bu barədə bloqerin “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Onun Azərbaycanın sorğusu əsasında saxlanıldığı bildirilir.
“Sputnik Belarus” agentliyinin yaydığı məlumata görə, Lapşin Bakıya təhvil verilə və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.
Qeyd edək ki, bloqerin adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb bloqerin Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Gürcüstandan Azərbaycan ərazisinə keçib.
Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün bloqeri beynəlxalq axtarışa verib.