Türkiyəli məşhur mütəxəssis Sergen Yalçın karyerasını Azərbaycanda davam etdirə bilər.
“Neftçi” 50 yaşlı çalışdırıcı ilə iş birliyində maraqlıdır. Bu barədə jurnalist Levent Ümit Erol öz “Tvitter” səhifəsində məlumat verib. Onun sözlərinə görə, “Beşiktaş”ın sabiq baş məşqçisi cümə axşamı danışıqlar aparmaq üçün Bakıya gələcək. Tərəflər razılaşa bilsə, paytaxt təmsilçisnin yeni çalışdırıcısı Sergen Yalçın olacaq.
Qeyd edək ki, Sergen 2021-ci ildə ayrıldığı “Beşiktaş”da 3 titul qazanmışdı. O vaxtdan bəri mütəxəssis heç bir komandada çalışmayıb.