Məşhur bakılı Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edildibackend

Məşhur bakılı Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Harri Kasparov Rusiyada terrorçu və ekstremistlərin “Rosfinmonitorinq” siyahısına daxil edilib.
Qaynarinfo xəbər verir ki, bu məlumatlar “Rosfinmonitorinq” məlumat bazasından gəlir.
“Kasparov Harri Kərimoviç 1963-cü il aprelin 13-də anadan olub, Bakı, Azərbaycan MSSR”, deyə siyahıda aydınlıq gətirilib.
Fevralın sonunda “Rosfinmonitorinq” jurnalist və NTV kanalının keçmiş aparıcısı Yevgeni Kiselevi ekstremistlər və terrorçular siyahısına daxil edib.
Bundan əvvəl məhkəmə Harri Kasparovu xarici agentlər haqqında qanunu pozduğuna görə növbəti dəfə cərimələyib. O, 50 min rubl cərimə alıb. 2023-cü ilin noyabrında şahmatçı oxşar qanun pozuntusuna görə 40 min rubl cərimə olunub.
2022-ci ilin yazında Rusiya “xarici agent funksiyasını yerinə yetirən şəxslərin” reyestrini yaradıb. Jurnalistlər Yevgeni Kiselyov və Matvey Qanapolski siyahıya ilk daxil edilən şəxslərdir.
Qeyd edək ki, Harri Kasparov 13 aprel 1963-cü ildə Bakıda anadan olub. O, 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edib. 
Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub.
1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının 1970-ci ildə leykozdan vəfatından sonra – 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını verib, soyadın sonluğundakı “yan” hissəciyini isə dəyişərək rus stilində “ov” yazdırıb.
Harri Kasparov şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985-2000) və Rusiya çempionu (2004) olub, 11 dəfə “Şahmat Oskarı”nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002).
O, bir müddət siyasətlə məşğul olub. 2005-ci ildə Rusiyada yaradılmış “Birləşmiş vətəndaş cəbhəsinin” sədrlik edib. Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da, özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.
1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının 1970-ci ildə leykozdan vəfatından sonra – 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını verib, soyadın sonluğundakı “yan” hissəciyini isə dəyişərək rus stilində “ov” yazdırıb.