backend

Məşhur aşpaz arvadını şaqqaladı, bişirdi və intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Brisben şəhərində məşhur aşpaz, 28 yaşlı Markus Volkenin arvadını qətlə yetirdiyi mənzilindən ilk fotolar yayılıb. 

Avstraliyanın Brisben şəhərində məşhur aşpaz, 28 yaşlı Markus Volkenin arvadını qətlə yetirdiyi mənzilindən ilk fotolar yayılıb.

Volke nikahda olduğu 27 yaşlı indoneziyalı Mayanq Prasetiyanı qətlə yetirdikdən sonra şaqqalamış, qaynadıb bişirmişdi. Volke ələ keçəcəyini anladığından intihar etmişdi.

O, yaşadığı binanın yaxınlığındakı zibilxanaya yollanaraq bıçaqla boğazını kəsmiş, intihar etmişdi. Markus Volkenin cəsədi zibil qutusunda tapılmışdı.

Onun vəhşicəsinə qətlə yetirdiyi “xanım”ı Mayanq Prasetiya isə transseksualdı. Cinsiyyəti dəyişməklə bağlı əməliyyatlara qədər o, kişi idi və adı da Febri idi.

Markus Volke arvadının əvvəllər kişi olduğunu bilsə də, ona aşiq olmuşdu və evlənmişdi. 

Onların toyu 2013-cü ilin iyun ayında olmuşdu.

Markus Volkenin mənzilində dəhşətli cinayət törədildiyini onun qonşusu polisə xəbər verib. Qadının dediyinə görə, mənzildən çürüyən ət iyi gəlirdi.

Polis qapını sındırıraraq mənzilə girəndə dəhşətli mənzərə ilə qarşılaşmışdı.

Mənzilimin müxtəlif yerlərində Mayanq Prasetiyanın şaqqalanmış cəsədinin polietilen paketlərə yığılmış parçaları vardı. Mətbəxdəki qaz sobasının üstündəki qazanda isə Praestiyanın cəsədinin bir neçə tikəsi qaynadılmışdı.

Markus Volke qapını döyənlərin polis olduğunu anlayanda eyvandan aşağı atılıb, zibilxanaya qaçıb və orada boynunu kəsmişdi. (milli.az)