Türkiyənin məşhur cütlüyü aktrisa Bergüzar Korel və aktyor həyat yoldaşı Halid Ergenc Türkiyəni tərk edib Londonda birdəfəlik yaşamaq səbəblərini açıqlayıblar.
Tribunainfo.az yazır ki, aktrisa B.Korel bu addımı oğlanlarının təhsilinə görə atdıqlarını bildirib.
“Oğlumuz Əlinin istədiyi musiqi məktəbi və almaq istədiyi təhsil Londondaydı. Gedib gəlirik tez-tez. Londona daimi köçsək də, Türkiyəyə gəlirik tez-tez. Ölkəmi çox özləyirəm, köklərimi, dostlarımı özləyirəm. Ölkəmi çox sevirəm. Türkiyə mənim ölkəmdir. Buradan heç yerə qaçmamışam” deyə, aktrisa bildirib.