Məşhur aktyordan insanlıq dərsi-VİDEO

Məşhur aktyordan insanlıq dərsi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçdiyimiz günlərdə San Fransiskodan Los Ancelesə uçan təyyarədə yaranan problem səbəbi ilə Kaliforniyaya təcili eniş etməsindən sonra məşhur aktyor Keanu Rives davranışı ilə bir daha sevənlərinin rəğbətini qazanıb.

Primetime.az xəbər verir ki, buna 54 yaşlı aktyorun başqa bir təyyarə və ya lüks avtomobil əvəzinə digər sərnişinlər ilə birlikdə avtobusla səyahət etməsi səbəb olub. Belə ki, sərnişinlərlə danışan Rives “Burbank” Hava Limanından iki saatlıq avtobus səyahətinə çıxıb. Sözügedən anlar digər sərnişinlər tərəfindən anbaan qeydə alınıb.

Ulduzun bu hərəkəti heyranlarını bir daha sevindirib. Sərnişinlərdən bəziləri isə aktyor ilə foto çəkdirərək sosial mediada paylaşıb. Media istifadəçiləri Rives haqqında “Keanu Rİves niyə by vaxta qədər insanlıq mükafatı qazanmadı” deyə şərhlər yazıb.