Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika aktyoru Rocer Perri  86 yaşında Kaliforniyadakı evində dünyasını dəyişib.

TİA.AZ-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı aktyorun qızı təqdiq edib. Perri prostat vəzi xərçəngindən əziyyət çəkirmiş.

 7 may 1933-cü il Ayova ştatında doğulan Perri daha çox “Ulduz yolu” teleserialındakı kapitan Con Kristofer rolu ilə məşhurluq qazanıb.O, Karyerası boyunca Perri 57 filmdə və müxtəlif seriallarda əsas rolların ifaçısı olub.