Amerikalı aktyor və rejissor Mark Ruffalo öz X hesabında Kim Kardaşyan və Erik Espailliana dəstək olaraq onların müraciətini paylaşaraq ABŞ prezidenti Co Baydeni Qarabağdakı vəziyyətlə əlaqədar köməyə çağırıb.
Tribunainfo.az xəbər verir ki, paylaşımda ABŞ prezidenti Co Baydenə müraciət edərək ondan “ikinci Erməni Soyqırımı”nı dayandırmağı xahiş edib.
“Emmi”, “Qızıl Qlobus”, “Oskar”, “BAFTA”, “Qremmi” və “Toni” mükafatlarının laureatı Ruffalo mikrobloqda paylaşım edərək “Bu, medianın diqqət yetirmədiyi ciddi məsələdir” yazıb.
Xatırladaq ki, Kardaşyan İnstaqram səhifəsində humanitar vəziyyətlə bağlı əlavə olunmuş fotoları dərc edərək Qarabağa dəstək yazısı yazmışdı.