Məşhur aktyor həyat yoldaşını aldatdığını etiraf etdibackend

Məşhur aktyor həyat yoldaşını aldatdığını etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il iranlı fanatı Arzu Doğanla (Arezoo Gharlar) ailə quran Nihat Doğan oğlu Badıxanı yanvarın 13-də qarşılayıb. Tez-tez xoşbəxt pozalarını sosial media hesablarında paylaşan cütlükdən kədərli xəbər gəlib.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, 2 il əvvəl ailə qurduğu Nihat Doğan və Arzu Doğanın boşanmağa hazırlaşdığı məlum olub.

Arzu Doğan sosial media hesabında ayrılıq qərarının pərdə arxasında xəyanətə məruz qaldığını açıqlayıb.

Nəhayət, Nihat Doğan aldatma və evliliyinin boşanma ilə bitməsi iddialarına ilk dəfə cavab verib.

İkisi aliment və təzminat barədə razılığa gəliblər. Nihat Doğan həyat yoldaşı və oğluna yaşamaq üçün evin sənədini verib.

Yaxşı ər ola bilməyəcəyini deyən Nihat Doğan, “Uğur qazana bilmədim, bəlkə də yaxşı sevgili oldum, amma yaxşı ər və ya yaxşı ata ola bilmədim. Səhv etdim”, – deyib.