Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor və rəqqas Həsən Yalnızoğlu 50 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Yalnızoğlu Bakırköy Dövlət Xəstəxanasında müalicə alırdı.

Yaxınları və dostları sosial şəbəkədə Yalnızoğlu üçün başsağlığı mesajları yayımlayıblar.

Türkiyənin tanınmış rəqs qruplarında baş rəqqas kimi böyük uğur qazanan Yalnızoğlu “Rəqs Sultanları və Anadolu Ateşi” televiziya aləmində də tanınan ad idi.

Qeyd edək ki, “Survivor Celebrities-Könüllülər” yarışmasında diqqətçəkən uğur qazanan Yalnızoğlu yarışmada ikinci olub. 2015-ci ildə “Survivor All Star” yarışmasında Könüllülər komandasında yarışıb və beşinci olub.

 

Ceyran