Məşhur aktyor dəlixanada – Şizofreniya diaqnozu qoyuldu

Məşhur aktyor dəlixanada – Şizofreniya diaqnozu qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə kinosunun unudulmaz simalarından biri olan Necati Bilgiç uzun illər sonra Bursa Yüksek İhtisas Tədris və Araşdırma Xəstəxanasının Dörtçelik Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasında görüntülənib.

Tribunainfo.az xəbər verir ki, o, burada şizofreniya diaqnozu ilə psixoloji müalicə alır.

2016-cı ildə keçirdiyi açıq ürək əməliyyatından sonra aktyor psixoloji pozuntular yaşamağa başlayıb. Xəstəxanaya yerləşdirilən N.Bilgiç hazırda şizofreniya diaqnozu ilə müalicə alır. Bir zamanlar milyonlarla insanın ekranlarda izlədiyi məşhur sima, bu gün sakit bir xəstəxana otağında təcrid olunmuş həyat sürür.

Qeyd edək ki, 1953-cü ilin oktyabrında Bursada dünyaya gələn Necati Bilgiç, aktyorluğa uşaq yaşlarında maraq göstərməyə başlayıb. Orta təhsilini başa vurduqdan sonra İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsinə daxil olub və burada Yıldız Kenter kimi əfsanəvi teatr ustadından dərs alıb.

Aktyorun karyerasının zirvəsi isə 1995-ci ildə başladığı “Çiçek Taksi” serialında canlandırdığı Karadenizli Niyazi obrazı ilə olub. Bu obraz tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və onu bir çox evin sevimli simasına çevirib.

Lent.az