Məşhur aktyor Ceyms Makkaffri 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Tribunainfo.az HaberGlobal-a istinadən xəbər verir ki, James McCaffrey irland əsilli amerikalı aktyordur. Həm ABŞ, həm də İrlandiya vətəndaşlığı olan aktyor 1990-cı illərdə yayımlanan detektiv serialdakı “Viper” rolu ilə tanınıb.
O, həmçinin Max Payne video oyun seriyasında eyni adlı personajı canlandırıb və səsləndirib.