Məşhur aktrisanın qida borusu çıxarıldı

Məşhur aktrisanın qida borusu çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkan Şoray, Hülya Koçyiğit və mərhum sənətçi Fatma Giriklə birlikdə “Yeşilçamın Dörd Yapraklı Yoncası” sayılan Filiz Akın uzun müddətdir ki, səhhətində problemlər yaşayırdı.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Akın nəhayət dənizin dadını çıxarıb və o anları sosial media hesabında yayıb.

Türk kinosunun bir dönəminə damğasını vuran Filiz Akın 2002-ci ildə burun-udlaq (burun) xərçəngi olduğunu öyrənib. İkinci mərhələdə olduğu ortaya çıxan xəstəliyə meydan oxuyan aktyor müalicələr nəticəsində xərçəngə qalib gələ bilib.

“Çox aqressiv bir müalicə aldım” deyən Yeşilçam əfsanəsi sol qulağının üstündəki xərçəng toxuması və səs tellərindəki problemlər səbəbindən 2022 və 2023-cü illərdə ardıcıl əməliyyat keçirməli olub.

Mədəsindəki qida borusunun çıxarıldığını açıqlayan ustad aktyor sosial media hesabında gözəl havadan yararlanaraq dənizin dadını çıxaran videosunu paylaşıb.

Filiz Akının beslenme tüpü çıkarıldı Şükrediyorum