Məşhur aktrisanın boşanma səbəbi ortaya çıxdı

Məşhur aktrisanın boşanma səbəbi ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyda Düvenci ilə evliliyinə tələsik son qoyan Bülent Şakrakın Maviye Sürgün serialında tanış olduğu Esra Akpınarla yaxınlaşması ilə boşanma qərarı aldığı məlum olub.

2015-ci ildə ailə quran Ceyda Düvenci və Bülent Şakrak ötən il boşanıblar. Ayrılıq qərarı ilə hər kəsi təəccübləndirən cütlüyün boşanma səbəbi məlum olub.

“Temiz Maqazin”də yer alan xəbərə görə, Maviye Sürgün serialının çəkilişləri üçün evli olduğu müddətdə bir müddət evdən uzaqlaşan Şakrakın Esra Akpınarla yaxınlaşdığı üçün Düvenciyə boşanmaq istədiyini dediyi iddia edilib.

Düvenci boşanmanı qəbul etdikdən sonra cütlük evliliklərini bitirib.

Menecer və aktyor olan Esra Akpınar və Bülent Şakrakın görüşlərini davam etdirdikləri, lakin münasibətlərini mətbuatdan uzaq tutmağa üstünlük verdikləri iddia edilib.