Uzun müddət tənha həyat sürən Yeşilçamın əfsanəvi adlarından Müjde Arın ürəyindən əməliyyat olunduğu məlum olub.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, bir müddətdir ekranlardan uzaq olan, lakin zaman-zaman sosial media paylaşımları ilə gündəmə gələn Müjde Ar ürəyindən əməliyyat olunub.
MagazineSortie-nin xəbərinə görə; 70 yaşlı Arın damarlarının 95 faizi tıxandığı üçün əməliyyat olunmalı olduğu üzə çıxıb.
Əməliyyat 2 saat davam edib.
Aktrisanın sözlərinə görə,
“Nə siqaret çəkirəm, nə də spirtli içki qəbul edirəm, şəkər xəstəliyinə görə yaranıb. Həyat yoldaşım Ercan müayinədə olarkən halsızlığımı bildirdim. Semptomlar nəticəsində təcili müdaxilə edilib”