Məşhur aktrisa Burcu Biricik ana olacaq.
Bu barədə aktrisa özü bildirib.
Biricik, “Evdə olmaq, dincəlmək rahatlıq gətirdi. Bir müddət daha evdəyəm, tələsmirəm. 3,5 aylıq hamiləyəm, qızımız olacaq”, deyə əlavə edib.
Aktrisa körpəsinin adının hələlik məlum olmadığını da bildirib.
Qeyd edək ki, Burcu 2016-cı ildə Emre Yetkinlə ailə qurub.


