O, 50 ildən artıqdır ki, davam edən aktyorluq karyerasının ilk dövrlərindəki kimi gözəldir, üstəlik, həm yaşını, həm də qocalmasını qəbul edib. O, daha cavan görünmək üçün plastik əməliyyatlardan, paylaşdığı fotoları filtrasiyadan keçirmir.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Kino tarixində unudulmaz Bond Girl kimi məşhurlaşan Ceyn Seymour 72 yaşında da kinonun canlı əfsanələrindən biri olmağa davam edir.
İnstaqram paylaşım edən 72 yaşlı Ceyn Seymour yeni sevgilisi, 73 yaşlı Con Zambettini tərifləyib.
Seymour yeni münasibətini “Həyatımın bu anında bir hədiyyədir” kimi təsvir etsə də, yaşadığı sevginin unikal olduğunu da söyləyib.


