MƏŞĞULLUQ MƏRKƏZİNİN MÜDİRİ ŞƏHİD AİLƏSİNİ İNCİDİR – ŞİKAYƏT(FOTO)backend

MƏŞĞULLUQ MƏRKƏZİNİN MÜDİRİ ŞƏHİD AİLƏSİNİ İNCİDİR – ŞİKAYƏT(FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim oğlum Təbriz Bəkirov Vətən müharibəsində Şəhid olub. Oğlum Təbriz ali təhsilli idi və 3 dil bilirdi. O, Bakıda işləyib ailənin dolanmasına yaxından köməklik göstərirdi. Təbriz şəhid olandan sonra ailəmizin dolanışığı çox ağırlaşdı. Oğlum Təbriz şəhid olandan az sonra Ucar rayon Məşğulluq Mərkəzi tərəfindən mənə iki baş inək verdilər. Az vaxt sonra həmin inəklər xəstə olduğu üçün tələf oldu və bu barədə akt tərtib edildi. Hətta inəklər o dərəcədə zəif idilər ki, gətirilən gündən yatıb ayağa dura bilmirdilər. Mənim başım oğlumun yasına qarışdığı bir vaxtda tez-tələsik iki baş xəstə inəyi bizə verib aldadan vəzifəli şəxslərdən şikayətçiyəm.

Bu sözlərlə Tribuninfo.az-a Ucar rayonu Bağırbəyli kənd sakini Şəhid atası Bəkirov Etibar Akif oğlu müraciət edib.
Şikayətçi bildirib ki, ona verilən inəklər öləndən sonra həyat yoldaşı və özü işsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata alınıb:

“Sakini olduğum Bağırbəyli kəndində və ya Ucar şəhərində İşlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Ancaq indiyə qədər işlə təmin olunmamışam. Buna baxmayaraq, Ucar rayonu Kommunal Müəssisələri Kombinatına indiyə qədər bir neçə şəxs işə qəbul olunub. Halbuki şəhid ailəsi olduğum üçün ilk olaraq növbədənkənar işə mən qəbul olunmalı idim.
Cənab prezident İlham Əliyevin xüsusi tapşırığı var ki, şəhid ailələri və qazilər növbədənkənar işlə təmin olunmalıdırlar.
19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qəbulunda olan zaman mənimlə çox kobud rəftar edib dedi ki, vətəni qorumağa sənin oğlun getməli idi də. Dedi, sənə iki baş inək verilib, qəbul etmisən, indi səni işlə təmin edə bilmərik. Mən Samir Nuriyevin bu sözlərindən çox məyus olub stres keçirdim. Onun haqqında eşitmişdim ki, insanlarla kobud rəftar edir. Bunun əyani şahidi oldum. 19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev və Ucar rayon Məşğulluq Mərkəzi əlbir olub mənə qarşı qanunsuzluq ediblər. Nəticədə də süründürməçliyə məruz qalmışam”.

Şikayətçi bildirib ki, çıxışmaz vəziyyətdə qalıb və ona dövlət qurumlarından köməklik edən yoxdur:

“Qızım Pedoqoji Unversitetdə oxuyur. Onun Bakı şəhərində yaşadığı evin kirayə və yemək pulunu güclə ödəyirik. Çıxılmaz vəziyyətdə qalmışıq. Məşğulluq Mərkəzi tərəfindən mənə və tanıdığım bir neçə şəhid ailələrinə verilən inəklər xəstə olduğu üçün tez bir zamanda tələf olub. Mənim oğlum Vətən torpaqlarının azadlığı uğrunda döyüşən zaman Samir Nuriyev evində gizlənmişdi. İndi isə məni ələ salıb təhqir edir.
Mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edib çox xahiş edirəm, şikayətimi obyektiv araşdırıb mənim və həyat yoldaşımın işlə təmin olunmağımıza köməklik etsinlər”.
Əlaqə telefonu;(050) 976-90-95

Nigar