Əlcəzairin şimalındakı meşə yanğınları güclü küləyin təsiri ilə sürətlə yayılıb. Yanğınlar nəticəsində 10-u əsgər olmaqla 34 nəfər həlak olub.
Tribunainfo.az-ın xəbərinə görə, Türkiyə, o cümlədən bir çox ölkə meşə yanğınları ilə düz bir həftədir mübarizə aparır.
Əlcəzair Daxili İşlər Nazirliyi təxminən 8 min adamın iştirakı ilə 16 vilayətdə yanğınsöndürmə işlərində 529 yanğınsöndürmə tankeri və çoxlu yanğınsöndürmə vertolyotundan istifadə edildiyini açıqladı.
Nazirliyin məlumatına görə, ölkənin şimalında baş verən meşə yanğınlarında 10-u əsgər olmaqla 34 nəfər ölüb.
Xüsusilə Bicaya, Cicel və Buyira əyalətlərində bazar günü gecədən başlayan yanğınlar güclü küləyin təsiri ilə sürətlə yayılıb və böyük fəsadlar törədib. Ötən gecə 16 əyalətdə 97 meşə yanğını qeydə alındığı halda, səhər saatlarında 15-dən ölənlərin sayı 34-ə yüksəlib.