Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda məscidlərdə bayram namazı qılınıb.
Tribunainfo.az xəbər verir ki, bu gün Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 30-u və 31-i ölkədə Ramazan bayramı kimi qeyd edilir.