İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 15-ci turunun “Everton” – “Liverpul” görüşü təxirə salınıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Everton”un mətbuat xidməti məlumat yayıb.
Görüşün təxirə salınmasına səbəb isə Liverpul şəhərində əlverişsiz hava şəraitinin -qasırğanın olmasıdır. Matçın nə vaxt oynanılacağı haqda hələlik məlumat verilməyib.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə saat 16:30-da başlamalı idi.