“Merkuri” bank olmayan kredit təşkilatı vətəndaş İsmayılov Namiq Zahir oğlunu Abşeron rayon məhkəməsinə verib. Tribunainfo.az xəbər verir ki, işə sədrliyi hakim Habil Əhmədovdur. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələrdir.
Çox maraqlıdır ki, BOKT-ların əksəriyyəti vətəndaşların gəlirlərini araşdırmadan kredit verir. Mərkəzi Bank, Azərbaycan Banklar Asossasiyası da bu kimi təşkilatlarla bağlı təftiş aparmırlar. Nəticədə məhkəmələrdə yüzlərlə belə iş olur.