İşdən çıxarılan tibb işçisi Mərkəzi Neftçilər Xəstəxanasını məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, xəstəxana ilə bağlı iddianı Əhmədova Maya İlqar qızı qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı işə bərpasını tələb edir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 6 noyabr tarixində hakim Akif İsgəndərovun sədrliyi ilə növbəti proses keçiriləcək.
Qeyd edək ki, məhkəməyə verilən Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi Hikmət Nağıyevdir. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib. H.Nağıyev 2001-ci ildən sözügedən xəstəxananın ürək-damar cərrahı kimi işləyib.
Tərəfləri dinləməyə hazırıq.
Nigar