Mərkəzi Bankın qərarından məhkəməyə şikayət

Mərkəzi Bankın qərarından məhkəməyə şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Mərkəzi Bankın verdiyi qərardan məhkəməyə şikayət edilib.

Tribunainfo.az xəbər verir ki, Mərkəzi Bankın qərarından şikayət verən şəxs Abdullayev Şamo Şahmaz oğludur.
İşə İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət əleyhinə olan 430.4-cü maddəsi ilə baxılacaq.
Maddənin tələbinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Mərkəzi Bankla bağlı işə 7 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Nigar