“Mərkəzi Bankın idarə heyətinin sədr müavini mənə dedi ki, yalandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın ölkədəki banklara 30 sentyabr – şənbə gününü iş günü elan etməsindən sonra bir çox ekspert yeni develvasiya proqnozunu verdi.
 Mərkəzi Bankın ölkədəki banklara 30 sentyabr – şənbə gününü iş günü elan etməsindən sonra bir çox ekspert yeni develvasiya proqnozunu verdi.

Bankların dollar satışını dayandırması və dollarla olan ödənişləri həyata keçirməməsi də devalvasiya iddiasını gücləndirirdi.

Məsələ ilə bağlı iqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov fikirlərini “Ölkə.Az”-da bölüşüb:

“Mətbuatda 3-cü devalvasiya məsələsi ortalığa atılıb, ancaq bununla bağlı Mərkəzi Bankın rəsmi bəyanatı var. Mərkəzi Bank bəyanatında bildirib ki, 9 ayın yekunudur, bank sistemi ilə bağlı müəyyən ödəmələr və problemlər var. Onları həll etmək üçün ayın 30-u iş günü elan edilib.

Mərkəzi Bankın idarə heyətinin sədr müavini Alim Quliyevlə danışdım. O da dedi ki, yalan söhbətlərdir, heç bir problem yoxdur. Manatın arxasında kifayət qədər güc var”.

3-cü devalvasiya ilə bağlı isə millət vəkili bildirdi ki, ciddi devalvasiya gözləmirəm:

“Manatın saxlanılması üçün bütün addımlar atılıb. İnanmıram ki, indi ciddi devalvasiya olsun”