Mərkəzi Bankdan mikro sahibkarlara zərbə

Mərkəzi Bankdan mikro sahibkarlara zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət bir tərəfdən ASAN xidmətin timsalında əhalinin rahatlığı üçün xidmətləri mərkəzləşdirir, Mərkəzi Bank isə digər tərəfdən vaxtilə qurulmuş mərkəzləşdirilmiş və əhali üçün rahat olan portalı ləğv edir.

Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən iqtisadçı Samir Əliyev Mərkəzi Bankın Hökumət Ödəniş Portalının (HÖP) fəaliyyətini dayandırmasını tənqid edib. O bildirib ki, HÖP vasitəsilə əziyyət çəkmədən bütün büdcə, kommunal və s. ödənişləri rahatca etmək olurdu:

“Təsəvvür edin, əvvəl rahatca istənilən kart ilə vergi borclarını rahatca ödəyə bilirdin. İndi bununla bağlı çətinliklər yaranıb. Bank hesabından real rejimdə büdcə ödənişləri ancaq sahibkar hesabından ödəmək mümkündür. Mərkəzi Bankın HÖP-ü ləğv etməsi ən çox zərbəni mikro sahibkarlara vurur”.

Nigar