backend

Mərkəzi Bankda struktur dəyişiklikləri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb. 

Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb.

Mərkəzi Bankdan TİA.AZ-a verilən məlumata görə, bankın strukturunda iqtisadi maarifləndirmə xidməti və Sumqayıt ehtiyat mərkəzi yaradılıb.

İqtisadi maarifləndirmə xidmətinin rəhbəri Ülkər Babayeva, Sumqayıt ehtiyat mərkəzinin direktoru isə Xudaverdi Lazımov təyin olunub.

Bundan başqa, Makroiqtisadi tədqiqatlar departamenti İqtisadi təhlil departamenti, İqtisadi inkişaf tədqiqatları departamenti isə Tədqiqatlar departamenti adlandırılıb.