Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan TİA.AZ-a verilən məlumata görə, dolların məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% artaraq 1,7196 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşaraq 1,8176 manat olub.
Rusiyanın milli valyutası rubl 1,12% ucuzlaşaraq 0,0266 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 1,31% azalaraq 0,4970 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1409 manatdır. Funt sterlinq 0,38%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,52% ucuzlaşaraq 0,6892 manat olub.