Mərkəzi Bank manatla bağlı rəsmi açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və milli valyutanın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir”.

 

“Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və milli valyutanın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir”.

TİA.AZ xəbərə verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya bildirilib.

Qeyd olunur ki, tələb və təklif arasındakı nisbətə tədiyyə balansının vəziyyəti təsir göstərir: “Təbii ki, dünya bazarında neftin qiymətlərinin artmasının Azərbaycanın tədiyyə balansına birbaşa və dolayı müsbət təsirləri vardır. Bu təsirlər müxtəlif dövrlərdə – orta və uzunmüddətli dövrdə özünü büruzə verir. Lakin neft qiymətləri tədiyyə balansına və beləliklə, valyuta bazarına təsir edən yeganə amil deyil. İndiyədək olduğu kimi, bundan sonra da manatın məzənnəsinin dinamikası valyuta bazarına təsir göstərən bütün amillərin kompleks təsiri ilə formalaşacaq”. 

Bildirək ki, AMB bu günə olan USD/AZN rəsmi məzənnəsini 1,7002 səviyyəsində müəyyən edib.