Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) “Atasığorta” və “A-Qroup Sığorta” Açıq Səhmdar Cəmiyyətlərinə (ASC) icrası məcburi sərəncamlar verib.

Tribunainfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, tənzimləyici qurum hər iki sığorta şirkətində monitorinq aparıb.

Sözügedən ASC-lərdə müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması aşkarlanıb. Buna görə də “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncamlar verilib.