Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirilir.
Onun musiqisinin yer aldığı OYAN diski Almaniya kansleri Angela Merkel tərəfindən əldə olunub.
Məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində Firəngiz Əlizadənin “Aşk havası” əsərini ifa etdiyini və Merkelin bu əsərdən xoşu gəldiyini deyib.
Xalq artisti TİA.AZ-a açıqlamasında bu barədə xəbərin yayılmasını istəmədiyini deyib: “Dünya məşhurlarının kompakt disklərində mənim musiqilərimin olması ilə bağlı sizə xeyli məlumat verə bilərəm. Mən bunu xəbər mövzusu hesab etmirəm. İstəməzdim ki, bu məlumat yayılsın. Hamının diskində mənim əsərlərim yer alıb”.
F.Əlizadə kansler Merkellə bir neçə dəfə görüşdüyünü əlavə edib: “Mən dəfələrlə xanım Merkellə görüşmüşəm. İlk dəfə Almaniya İncəsənət Akademiyasının dəvəti ilə ora getmişdim. Məlumat üçün deyim ki, həmin Akademiyanın üzvüyəm. Akademiyanın illik iclaslarında Merkel həmişə iştirak edib. Digər rəsmilər də iştirak edirlər. Merkel iclas zamanı bizim hər birimizin əlini sıxıb, “Necəsiniz?” deyə soruşdu. Merkellə müxtəlif təmaslarımız olub. Amma mən bunu böyük hadisə hesab etmirəm. Hərdən Merkelə yaxınlaşıb, rahat söhbət etmək mümkündür”.