backend

Merkeldən Ərdoğana “nasizm” cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət üzvlərinin Almaniya və nasizm haqqında fikirləri o qədər yersizdir ki, onları ciddi şərh etmək olmaz”. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət üzvlərinin Almaniya və nasizm haqqında fikirləri o qədər yersizdir ki, onları ciddi şərh etmək olmaz”.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bundestaqın deputatları qarşısında çıxışında deyib.

“Türkiyə əhəmiyyətli bir ortaqdır. Milyonlarla insan ölkələrimizi bir-birinə bağlayır. Amma Almaniya hökumətinin nasizmlə müqayisə edilməsi kədərlidir. Nasizm dövrü ilə bağlı şərhlərə son qoyulmalıdır”, – o bildirib.

Merkel vurğulayıb ki, son günlərdə Türkiyə ilə Almaniya arasında dərin fikir ayrılıqlarının olduğunu hiss edib.

Qeyd edək ki, Türkiyə prezidenti ədliyyə naziri Bəkir Bozdağın Almaniyada türk diasporunun nümayəndələri ilə görüşünə icazə verməyən Almaniyanın siyasətini nasizmlə eyniləşdirib.