Almaniya kansleri Angela Merkel türk əsilli vətəndaşlardan səs istəyib.
Almaniya kansleri Angela Merkel türk əsilli vətəndaşlardan səs istəyib.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, türkcə afişa hazırlayan Merkelin Xristian Demokratlar Partiyası “Xoşbəxt və sevgi ilə yaşayacağımız Almaniya üçün” başlığı ilə daha yaxşı iş, maaş, milliyətinə baxmadan təhsil imkanı vəd edir.
Qeyd edək ki, 24 sentyabrda ölkədə parlament seçkiləri keçiriləcək. Almaniyada 720 min türk əsilli vətəndaşın seçki hüququ var. Almaniya və Türkiyə arasında son dövrlər gərginliyin hökm sürməsi isə türkləri hədəf alan seçki təbliğatı ətrafında müzakirələrə səbəb olub.
Son rəy sorğularına görə, Angela Merkelin rəhbərlik etdiyi partiya 36% səslə liderdir. Sosial Demokratlar isə 22%-lə 2-ci yerdədir.