Almaniya Kansleri Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.
BakuPost Türkiyə KİV-nə istinadən xəbər verir ki, Merkel Xristian Demokrat İttifaqının dekabrda keçiriləcək qurultayında partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bildirib.
Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir. O, 2005-ci il-dən Almaniyanın Kansleridir. 2000-ci il aprelin 10-dan isə Xristian Demokrat İttifaqına sədrlik edir.
Angela Merkelin partiya sədrliyinə namizədliyini irəli sürməməsi həm də onun növbəti parlament seçkilərində iştirak etməməsi deməkdir.