Avropa Birliyi çətin və çox narahatlıq doğuran inkişaf mərhələsindədir.
Avropa Birliyi çətin və çox narahatlıq doğuran inkişaf mərhələsindədir.
TİA.AZ xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Versalda Fransa, İspaniya və İtaliya liderləri ilə birgə keçirdiyi mətbuat konfransı zamanı söyləyib.
“Yaxşı ki, biz Almaniya, Fransa, İtaliya və İspaniya burada fikirlərimizi bölüşüb, uğurlarımızı yada salırıq. Digər tərəfdən biz çox çətin inkişaf mərhələsindəyik”, – o bildirib.
Qeyd edək ki, Versal görüşü Roma müqaviləsinin 60 illiyi ilə əlaqədar keçiriləcək yubiley sammitinə hazırlıq məqsədi daşıyır.