“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib.
O, şirkət rəhbərliyi barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi” barədə iddia qaldırıb.
İşə Sumqayıt Kommersiya Məhkəməsinni hakimi Zülfüqar Sadiqovun sədrliyi ilə baxılacaq.
Ağamirzə Əhədov
Qeyd edək ki, sözügedən şirkətin əsas sahibi mərhum sumqayıtlı iş adamı Ağamirzə Əhədov olub. O, 2004-cü ildən “Sumqayıt bazarı” firmasının bazasında yaradılmış “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC-yə sədrlik edib. Hazırda MMC-nin qanuni təmsilçisi Nəsirov Süleyman Rəzzaq oğludur.