İyi Partiya sədri Meral Akşener virus infeksiyası səbəbilə xəstəxanada müşahidə altına alınıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, qızdırma, qusma,ağrı yorğunluq və halsızlıq şikayətləri ilə Ankarada xəstəxanaya müraciət edən Akşenerə virus infeksiyası diaqnozu qoyulub.
İnfeksiya səbəbiylə qan dəyərləri yüksək olan Akşener ehtiyat tədbiri olaraq xəstəxanada müşahidə altında saxlanılıb.
O, xəstəliyi ilə əlaqədar sabah və çərşənbə axşamı, sentyabrın 26-da keçiriləcək Prezident Şurasının iclasını təxirə salacaq. Eskişehir proqramını ləğv edən Akşenerin müalicəsinin bir müddət xəstəxanada davam edəcəyi öyrənilib.