Meral Akşener “altılı masa”ya geri döndübackend

Meral Akşener “altılı masa”ya geri döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə fəaliyyət göstərən İYİ Partiyanın sədri Meral Akşener istefa verdiyi “altılı masa”ya geri dönüb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın rəsmi sözçüsü Kürşad Zorlu açıqlayıb.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı iclas keçirib. İclas zamanı danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb. O prezidentliyə namizəd kimi Əkrəm İmamoğlu və ya Mansur Yavaşı görmək istədiyini deyib.